...

Ermənistandan gedənlərin sayı artır

Cəmiyyət Materials 15 Aprel 2013 19:24 (UTC +04:00)
Ermənistandan gedənlərin sayı ölkəyə gələnlərin sayını üstələməkdə davam edir.
Ermənistandan gedənlərin sayı artır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Ermənistandan gedənlərin sayı ölkəyə gələnlərin sayını üstələməkdə davam edir. Bu barədə Trend bazar ertəsi Ermənistan KİV-ə istinadən məlumat verir.

Cari ilin I rübündə 165 275 nəfər Ermənistanı tərk edib, ölkəyə isə 141 192 nəfər gəlib. Bununla da mənfi saldo 24 083 təşkil edib.

Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, I rübdə Zvartnos aeroportunda 1935 uçuş və eniş həyata keçirilib. Ötən il bu rəqəm 2150 olub.

Buna baxmayaraq, bu il Ermənistanı 2012-ci ilə nisbətən daha çox insan tərk edib. Ötən il ölkəni 164 880 nəfər tərk etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti