...

Bakıda inşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri ilə bağlı elmi-praktik konfrans keçiriləcək

Cəmiyyət Materials 15 Aprel 2013 17:44 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri" mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Bakıda inşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri ilə bağlı elmi-praktik konfrans keçiriləcək

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri" mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Mühəndislik Akademiyası və "FÖVQƏL" (fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri üzrə mütəxəssislərin assosiasiyası) Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.

Konfransda "Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi", "Heydər Əliyev və milli ideologiya", "Heydər Əliyev və Azərbaycan dili", bundan başqa, "Yeni yanğınsöndürmə vasitələrinin inşaat kompleksində yanğın riskinin azaldılmasına təsiri", "Müasir şəraitdə qiymətlərin tənzimlənməsinin əhalinin sosial vəziyyətinə təsiri", "Obyektlərin tikintisi dövründə təşkilati layihələndirmənin torpaqdan istifadə məsələləri ilə əlaqələrinin təhlili", "Dərinlik nasoslarının etibarlılığı və ona təsir edən faktorlar", "Yaşayış binalarının qaz təchizatında mövcud risklər", "Şəhər tikintisinin xəstəliklərin yayılmasına və ekoloji tarazlığa təsiri" və s. mövzularda məruzələr, eləcə də müzakirələr olacaq.

Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan və Tacikistandan nümayəndələr iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti