...

Elşad İsgəndərov: Azərbaycanda dini və dünyəvi dəyərlərin inkişafına hökumət qurumlarının yaxından dəstəyi var

Cəmiyyət Materials 16 Aprel 2013 12:16 (UTC +04:00)
Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Elşad İsgəndərov: Azərbaycanda dini və dünyəvi dəyərlərin inkişafına hökumət qurumlarının yaxından dəstəyi var

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipləri ilə tənzimlənir. Trend-in məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

"Din və hökumət qurumları bir-birilərindən ayrı olduqlarına baxmayaraq, dini və dünyəvi dəyərlərin inkişafına hökumət qurumlarının yaxından dəstəyi var", - İsgəndərov vurğulayıb.

O qeyd edib ki, bu, öz ifadəsini ən gözəl şəkildə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik" sözlərində tapıb.

İsgəndərov bildirib ki, Azərbaycan dövləti dini dəyərlərin qorunmasına xüsusi diqqət ayırır. "Dini dəyərlər xalqımızın mənəvi irsi hesab edilir. Bu istiqamətdə bütün müvafiq qürumların xətti ilə işlər aparılır. Yenə də ulu öndərimizin "dinimiz xalqımızın milli-mənəvi sərvətidir" sözü aparılan bu strateji xəttin nəzəri-praktiki əsasını təşkil edir. Sovet dövründə dağıdılmış dinin abidələrin yenidən tikilməsi, bərpası işi sürətlə aparılır", - İsgəndərov vurğulayıb.

O qeyd edib ki, dövlət qurumları dini icmaların problemlərinin həlli yolunda bir sıra işlər görür ki, bu da Azərbaycanda pozitiv dünyəviliyin əsas təzahürlərindən biridir.

"Azərbaycanda fəaliyyət göstərən başlıca dini icmaların rəhbərlərinin ali dövlət tədbirlərində, dini icmaların bütün səviyyəli dövlət tədbirlərində yaxından iştirakı, Prezident İlham Əliyevin təşəbbüsü ilə dini icmalara maliyyə yardımının illik əsaslarla göstərilməsi bunun təzahürüdür", - Komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti