...

Peşə məktəblərində buraxılış-ixtisas imtahanlarının keçirilmə tarixləri müəyyənləşib

Cəmiyyət Materials 16 Aprel 2013 12:17 (UTC +04:00)
Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində buraxılış-ixtisas imtahanlarının keçirilmə tarixləri müəyyənləşib.
Peşə məktəblərində buraxılış-ixtisas imtahanlarının keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrində buraxılış-ixtisas imtahanlarının keçirilmə tarixləri müəyyənləşib.

Təhsil Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, təhsil naziri Misir Mərdanov "Peşə məktəbi, peşə liseyinin nümunəvi Əsasnaməsi"nin 25-ci bəndinə əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində tam təlim kursunu nəzəri təlim fənlərindən və istehsalat təlimindən müvəffəqiyyətlə bitirən şagirdlərdən buraxılış-ixtisas imtahanlarının götürülməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində buraxılış-ixtisas imtahanları 18 yaşı cari ilin aprel ayının 30-na kimi tamam olan və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırılan çağırışçılardan aprel ayının 25-nə qədər keçirilsin. İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış kurslarının hərbi çağırışçı olmayan digər şagirdlərindən tədris plan və proqramlarına uyğun olaraq, istehsalat təcrübəsi başa çatdıqdan sonra buraxılış-ixtisas imtahanları keçirilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti