...

Türkiyənin Qızıl Aypara Cəmiyyəti İranın zəlzələ bölgəsinə yardıma hazırlaşır

Cəmiyyət Materials 16 Aprel 2013 18:11 (UTC +04:00)
Türkiyənin Qızıl Aypara Cəmiyyəti İranın zəlzələ bölgəsinə yardıma hazırlaşır.
Türkiyənin Qızıl Aypara Cəmiyyəti İranın zəlzələ bölgəsinə yardıma hazırlaşır

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Qızıl Aypara Cəmiyyəti İranın zəlzələ bölgəsinə yardıma hazırlaşır. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, hazırda İranın zəlzələ bölgəsinə yardım göndərilməsi üçün hazırlıq işləri aparılır.

Qeyd edək ki, bu gün İran-Pakistan sərhədində təqribən 8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı təxminən 90 kilometr dərinlikdə olub.

Zəlzələ digər qonşu ərəb ölkələrində, xüsusilə, Hindistanın paytaxtı Nyu-Dehlidə hiss edilib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində azı 40 nəfər ölüb. Mütəxəssislərin məlumatına görə, bu, son 40 ildə baş vermiş ən güclü zəlzələdir.

Pakistan hökuməti bildirir ki, İran-Pakistan sərhədində baş vermiş güclü zəlzələ nəticəsində ən azı 7 pakistanlı həlak olub. Bu barədə Trend Press TV-yə istinadən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti