...

BMT-nin mükafatına Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının namizədliyi təqdim edilib

Cəmiyyət Materials 17 Aprel 2013 11:29 (UTC +04:00)
Bu il Dövlət Sosial Müdafiə Fondu və Almanıyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) BMT-nin dövlət idarəçiliyində şəffaflıq üzrə mükafatına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının namizədliyini təqdim edib. Trend xəbər verir ki, bu barədə jurnalistələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.
BMT-nin mükafatına Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının namizədliyi təqdim edilib

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Bu il Dövlət Sosial Müdafiə Fondu və Almanıyanin Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) BMT-nin dövlət idarəçiliyində şəffaflıq üzrə mükafatına Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının namizədliyini təqdim edib. Trend xəbər verir ki, bu barədə jurnalistələrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib.

Onun sözlərinə görə, komissiya artıq bütün mərhələlərdən keçərək son mərhələyə addımlayıb.

"Baxmayaraq ki, bunun nəticəsinin necə olacağını bilmirik, hər halda hesab edirik ki, komissiyanın son üçlüyün içində olması bizim üçün uğurdur. Azərbaycanda aparılan, bu sahədə görülən işlərə böyük qiymət verilməsidir. Bu həm də bizi, həm kollektivimizi, həm də komissiyanın birgə çalışdığı digər dövlət qurumlarını həvəsləndirir ki, işimizdə daha şəffaf, daha ativ olaq və korrupsiyaya qarşı mübarizə aparaq", - Xəlilov bildirib.

Qazaxıstan Avrasiya ölkələri arasında dövlət qulluğu sahəsində bilik və təcrübə mübadiləsinə dair Regional XAB-ın (Avrasiya ölkələrinin dövlət qulluğu sahəsinə məsul olan qurumlarını birləşdirən şəbəkə) yaradılmasını təklif edib və bununla bağlı Azərbaycanla Qazaxıstan arasında müzakirələr apaılıb.

Xəlilov qeyd edib ki, dövlət qulluğu sahəsində Regional XAB-ın yaradılmasının əsas məqsədi region ölkələri arasında beynəlxalq təşkilatların iştirakı ilə fasiləsiz əməkdaşlıq etmək, bilik, informasiya və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutan institusional şəbəkənin formalaşdırılmasıdır.

O, Azərbaycanın Regional XAB-ın yaradılmasında maraqlı olduğunu vurğulayıb və bunun dövlət qulluqçuları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti