...

“Pizza İnn”-də tort və pirojnaların istehsalı və satışı qadağan edilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2013 11:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı 8 ünvanında “Pizza İnn” adı ilə fəaliyyət göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.
“Pizza İnn”-də tort və pirojnaların istehsalı və satışı qadağan edilib (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı 8 ünvanında "Pizza İnn" adı ilə fəaliyyət göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Dövlət Komitəsindən Trend-ə daxil olan məlumata görə, araşdırma zamanı müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq "Pinar" nişanlı "manqal sucuk" və 2 kq xarab olmuş mal əti aşkarlanıb.

Bununla bağlı dərhal akt tərtib edilmiş və məhsulların istifadəsinə qadağa qoyulmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunur.

Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı aşkarlanmışdır. Belə ki, məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma müddəti cəmi 6 saat olduğu halda, bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanmışdır.
Bu və digər nöqsanlarla əlaqədar olaraq, fiziki şəxs Natiq Qədirova pozuntuların 12 may 2013-cü il tarixinədək aradan qaldırılması barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti