...

Azərbaycanda mehmanxana fəaliyyətinin göstərilməsi üçün 3 yeni lisenziya verilib

Cəmiyyət Materials 18 Aprel 2013 14:03 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu ilin mart ayı ərzində bir necə mehmanxana və mehmanxana tipli obyektin fəaliyyəti üçün lisenziya verib.
Azərbaycanda mehmanxana fəaliyyətinin göstərilməsi üçün 3 yeni lisenziya verilib

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu ilin mart ayı ərzində bir necə mehmanxana və mehmanxana tipli obyektin fəaliyyəti üçün lisenziya verib.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, ötən ay lisenziyalar fiziki şəxs Qasımov Sucayət Şükür oğluna Masallı rayonu, Qəriblər kəndi ünvanında yerləşən "QALA" istirahət mərkəzi, "FA-NOY" MMC-yə Bakıda yerləşən "Noah`s Ark" mehmanxanası üçün, "Ameritex LLC" MMC-yə Bakıda yerləşən "Meridian" mehmanxanası üçün verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti