...

Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ Milli Müdafiə İnstitutunun bir qrup professor və tələbə heyəti ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2013 04:23 (UTC +04:00)
Cari ilin 18 aprel tarixində Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ Milli Müdafiə İnstitutunun Milli Hərbi Kollecinin bir qrup professor və tələbə heyəti ilə görüş keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ Milli Müdafiə İnstitutunun bir qrup professor və tələbə heyəti ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Aprelin 18-də Azərbaycanın ABŞ-dakı səfirliyində ABŞ Milli Müdafiə İnstitutunun Milli Hərbi Kollecinin bir qrup professor və tələbə heyəti ilə görüş keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, görüş zamanı səfir Elin Süleymanov iki dövlət arasında münasibətlərin strateji xarakter daşıdığını bildirərək, Azərbaycanın ABŞ-la terrorçuluq sahəsində mübarizə, enerji layihələri sahəsində ortaq maraqları bölüşdüyünü və etibarlı tərəfdaşlığın formalaşdığını, eləcə də regional enerji və infrastruktur layihələrindən bəhs edən diplomat bu layihələrin regionun ümumi inkişafına töhfə verəcəyini qeyd edib.

Sonra Elin Süleymanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, ABŞ-ın da həmsədrlərindən biri olduğu Minsk qrupu prosesi çərçivəsində münaqişənin ədalətli həllinin tapılması, Azərbaycan və erməni xalqının ümumi rifahına xidmət edəcək və regionun daha da inkişafı üçün yeni perspektivlər açacaqdır. Görüş zamanı həmçinin regiondakı təhlükəsizlik məsələləri, o cümlədən dəniz təhlükəsizliyi barədə fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, 1946-cı ildən fəaliyyət göstərən bu mötəbər təhsil müəssisəsi ABŞ Müdafiə Departamentinin yüksək səviyyəli qərargah və komanda vəzifələri üçün hərbi və mülki mütəxəssislər hazırlayır. Kollecin tələbələrinin 75 faizi müxtəlif növ xidmət növlərinin polkovnik rütbəli zabitlərindən, digər 25 faizi isə Dövlət Departamenti və digər federal idarə və təşkilatların nümayəndələrindən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti