...

Bakıda son günlər avtobusların iştirakı ilə baş verən qəzaların əsas səbəbləri açıqlandı

Cəmiyyət Materials 19 Aprel 2013 10:35 (UTC +04:00)
Son günlər avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri yol və meteoroloji şərait əsasında baş verib.
Bakıda son günlər avtobusların iştirakı ilə baş verən qəzaların əsas səbəbləri açıqlandı

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İzzət/

Son günlər Bakıda avtobus sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri yol və meteoroloji şərait əsasında baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, avtobuslarla bağlı baş vermiş hər bir yol-nəqliyyat hadisəsi polis əməkdaşları tərəfindən qeydiyyata alınıb, aidiyyatı üzrə işlər aparılır. Hadisələrin baş verməsinə ilkin səbəb yol və meteoroloji şərait göstərilib.

Eyni zamanda, yağış sularının yaratdığı gölməçələr müəyyən istiqamətlər üzrə avtomobillərin hərəkətinə mane olub. Nəticədə hərəkət intensivliyi aşağı düşüb. Bununla belə, istənilən istiqamətlər üzrə heç bir ciddi sıxlıq və tıxac qeydə alınmayıb.

"Sürücülərə bir daha hava şəraitindən, yolun vəziyyətindən asılı olaraq normal sürət həddinin seçilməsini tövsiyə edirik. Minimum sürətlə hərəkət etməli, hərəkət istiqamətində isə maksimum diqqətli olmalıdırlar", - Əsədov qeyd edib.

Qeyd edək ki, son bir gün ərzində Bakıda qeyri-sabit hava şəraiti zamanı sərnişin avtobuslarının iştirakı ilə ağır yol qəzası baş verib. Nəticədə 30-dan artıq insan ağır və orta ağır dərəcəli xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti