...

Bakıda yol polisini vuraraq öldürən "avtoxuliqan"a 14 ildən artıq həbs cəzası istənildi

Cəmiyyət Materials 19 Aprel 2013 11:22 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Yol Polisi İdarəsi əməkdaşının ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsə iş istəyib.
Bakıda yol polisini vuraraq öldürən "avtoxuliqan"a 14 ildən artıq həbs cəzası istənildi

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Məmmədov/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Yol Polisi İdarəsi əməkdaşının ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsə iş istəyib.

Trend-in məlumatına görə, prokuror Hüseyn İsmayılova 14 il 6 ay müddətinə iş verilməsini istəyib. Məhkəmə iclası aprelin 24-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı məlumata görə, Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan "VAZ 2107" markalı 10 MN 839 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfayıl oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Yol Polis Xidməti Alayının müfəttişləri Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmayıb və yol hərəkəti qaydalarını pozmaqda davam edib.

Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyükşor şosesində xidmət aparan YPX əməkdaşlarına xüsusi rabitə vasitəsi ilə məlumat veriblər. Hüseyn İsmayılov avtomobili daha yüksək surətlə idarə edib, onu saxlamaq üçün yolun kənarında dayanmış YPX əməkdaşı Mehman Kərimovu vurub və hadisə yerindən qaçıb. Mehman Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti