...

"ASAN xidmət" və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri "AmCham" üzvləri ilə miqrasiya islahatlarını müzakirə ediblər

Cəmiyyət Materials 19 Aprel 2013 16:10 (UTC +04:00)
"ASAN xidmət" və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri cari və gələcək miqrasiya islahatlarını müzakirə etmək üçün "AmCham" (Amerika Ticarət Palatası) üzvləri ilə görüşüblər.
"ASAN xidmət" və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri "AmCham" üzvləri ilə miqrasiya islahatlarını müzakirə ediblər

Azərbaycan, Bakı, 19 aprel /Trend/

"ASAN xidmət" və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri cari və gələcək miqrasiya islahatlarını müzakirə etmək üçün "AmCham" (Amerika Ticarət Palatası) üzvləri ilə görüşüblər.

Palata miqrasiya üsulunun dəyişdirilməsi ilə bağlı qanunvericilikdə düzəlişlər ediləcəyi haqqında üzvlərini qabaqcadan məlumatlandırıb, o cümlədən, Azərbaycana gələn əcnəbilərin qeydiyyatına düzəlişlər edilib və onların işə icazə almaq üçün ərizələrinə artıq "ASAN xidmət" (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) baxacaq.

Həmçinin, Azərbaycan hakimiyyətinin üzvləri Miqrasiya Məcəlləsinəkodeksinə düzəlişlərin edilməsi üzərində işləyirlər. Azərbaycan Hüquqşünasları Konfederasiyasının (ALC) əməkdaşlığı ilə Amerika Ticarət Palatası 18 aprel 2013-cü ildə əlavə və düzəlişlərlə əlaqədar məsələlərin həlli üçün palata üzvləri və "ASAN xidmət", habelə Dövlət Miqrasya Xidmətinin rəsmiləri ilə görüş təşkil edib.

Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, ALC sədri Əli Hüseynli, "ASAN xidmət"in Beynəlxalq münasibətlər şöbəsinin müdiri və Dövlət Miqrasiya Xidmətiin nümayəndəsi Azad Cəfərli, Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev iştirak ediblər. Son əlavə və düzəlişlərlə bağlı dövlət rəsmilərinin təqdimat və çıxışları palata üzvləri ilə sual və cavab sessiyası ilə müşayiət edilib.

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycanda biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan "AmCham" Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 250 tam üzv və müxbir üzvü özündə birləşdirir.

Palata Azərbaycanda bütün xarici investisiyaların 80 faizini və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Üzvlər sahə komitələri vasitəsilə məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. "AmCham" üzvləri Azərbaycanda və Birləşmiş Ştatlarda geniş biznes məlumat və əlaqələr şəbəkəsinə çıxış imkanına malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti