...

Azərbaycanın mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2013 17:26 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Azərbaycanın mədəniyyət və turizm naziri vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə mövcud problemlərin, əhalinin xahiş, şikayət və təkliflərinin öyrənilərək onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Qəbula gəlmiş hər bir vətəndaşı diqqətlə dinləyən nazir qeyd edib ki, səslənən bütün məsələlər nəzərdən keçiriləcək, həlli üçün addımlar atılacaq.

Müraciətlər, əsasən, kəndlərdə musiqi məktəblərinin tikintisi, mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, mədəniyyət kollektivlərinin geyim və musiqi alətləri ilə təmin olunması, gənc kadrların işlə təminatı, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və sair məsələlərlə bağlı olub.

Nazir hər il ölkənin müxtəlif regionlarında mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikintisi və əsaslı yenidən qurulması ilə bağlı işlərin görüldüyünü xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində bu məsələnin nəzərdə saxlanılacağını bildirib. O, ötən il bir sıra mədəniyyət kollektivlərinə geyimlərin verildiyini, bununla bağlı qaldırılan problemlərin də qısa zamanda həll olunacağını vurğulayıb.

Görüşdə mədəniyyət müəssisələrinə kadrlar tələbatını qismən həll etmək üçün humanitar sahədə təhsil alıb iş axtaran gənclərin qısamüddətli xüsusi kurslar vasitəsilə mədəniyyət ixtisaslı profillərə uyğunlaşdırılması, onların müvafiq işlə təmin olunması, habelə yerlərdəki mədəniyyət ocaqlarında ödənişli dərnəklərin yaradılması təklif edilib.

Təklifləri müsbət dəyərləndirən nazir Əbülfəs Qarayev həyata keçirilən pilot layihələrdə bu məsələlərin nəzərə alınmasının vacibliyini bildirib. Nazir bəzi müraciətlərin yerindəcə həlli üçün konkret tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti