...

Azərbaycandan keçəcək beynəlxalq avtoyürüş mayın 6-da start götürəcək

Cəmiyyət Materials 19 Aprel 2013 18:12 (UTC +04:00)
Marşrutu Azərbaycan şəhərlərindən keçəcək "Qələbənin Yolları ilə" beynəlxalq avtoyürüş mayın 6-da Sankt-Peterburqda start götürəcək.
Azərbaycandan keçəcək beynəlxalq avtoyürüş mayın 6-da start götürəcək

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Marşrutu Azərbaycan şəhərlərindən keçəcək "Qələbənin Yolları ilə" beynəlxalq avtoyürüş mayın 6-da Sankt-Peterburqda start götürəcək. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Sankt-Peterburq-Bakı-Moskva marşrutu üzrə 6 may-15 iyun tarixləri arasında keçiriləcək avtomobil yürüşü artıq üçüncü dəfə baş tutacaq. Avtomobil karvanı Rusiyanın 20 şəhəri və Azərbaycanın bir sıra şəhərlərindən keçəcək.

Aralarında ictimai birliklərin, hakimiyyət nümayəndələrin, bloqerlərin və avtomobil istehsalçılarının olduğu 100-dən çox iştirakçı 40 gün ərzində 4 min kilometr yol qət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti