...

Türkiyədə on bir ildə 983 əsgər intihar edib

Cəmiyyət Materials 20 Aprel 2013 14:45 (UTC +04:00)
Türkiyədə on bir ildə 983 əsgər intihar edib.
Türkiyədə on bir ildə 983 əsgər intihar edib

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir R.Hafizoğlu

Türkiyə Müdafiə Naziri İsmət Yılmaz ölkədə 2002-2013-cü illərdə 983 əsgərin intihar etdiyini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentlyi məlumat verib.

Müdafiə naziri verdiyi açıqlamada 157 olmaqla ən çox intihar faktının 2002-ci ildə qeydə alındığını bildirib.

Hazırda Türkiyə Silahlı Qüvvələrində 347 general və admiral olmaqla, ümumilikdə, 678 min 617 nəfər heyət üzvü var.

Məlumata əsasən, quru qoşunları, dəniz və hava qüvvələrində 313, jandarma qüvvələrində 33, sahil təhlükəsizlik güclərində bir general və bir admiral var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti