...

Avropalı gənc alimlərin I Beynəlxalq Bakı Forumu keçiriləcək

Cəmiyyət Materials 20 Aprel 2013 15:12 (UTC +04:00)
Bakıda "Avropa məkanında çağırışlar: Avropalı gənc alimlərin I Beynəlxalq Bakı Forumu" keçiriləcək.
Avropalı gənc alimlərin I Beynəlxalq Bakı Forumu keçiriləcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Bakıda "Avropa məkanında çağırışlar: Avropalı gənc alimlərin I Beynəlxalq Bakı Forumu" keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 20-25-də baş tutacaq forum Gənclər və İdman Nazirliyinin, Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı və EURODOC - Avropa Gənc Alimlər Şurasının təşkilati dəstəyi ilə keçirilir.

Forumun keçirilməsində əsas məqsəd Avropanın gənc alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulması, qarşılıqlı və birgə elmi tədqiqatların aparılması üçün şəraitin yaradılması, Avropanın gənc alimləri, elmi tədqiqatçıları arasında şəbəkənin genişləndirilməsi və Azərbaycan alimlərinin Avropa elmi mühitinə inteqrasiyasının intensivləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, forum çərçivəsində tədbirin rəsmi açılış mərasimi, "Kəsişən maraqlar: Avropalı gənc alimlərin yeni elmi istiqamətlərinin nəzəri əsasları - yanaşmalar, nəticələr" mövzusunda plenar sessiya, eləcə də iqtisadiyyat və sosiologiya, texniki elmlər, tibb, biologiya və kimya, Yer elmləri və ekologiya, tarix, fəlsəfə, mədəniyyət mövzularını əhatə edən paralel sessiyalar keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti