...

Əbülfəs Qarayev Saatlıda 11 rayonun sakinini qəbul edib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2013 17:54 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Aran bölgəsində 11 rayonun sakinləri ilə görüşüb.
Əbülfəs Qarayev Saatlıda 11 rayonun sakinini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Aran bölgəsində 11 rayonun sakinləri ilə görüşüb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, aprelin 19-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Aran bölgəsində 11 rayonun sakinləri ilə görüşüb. Keçirilən görüşdə müraciət edən sakinlərin problem və təklifləri dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, yüksək rütbəli məmurların bölgələrə səfəri davam edir. Növbəti belə görüş Aran bölgəsi sakinləri üçün Saatlı rayonunda təşkil edilib.
Onların müraciət və təklifləri dinlənilib. Sakinlər əsasən mədəniyyət və turizm sahəsində mövcud çatışmazlıq və problemləri nazirin diqqətinə çatdırdılar. Qəbula gələn vətəndaşların müraciətləri yerindəcə araşdırılaraq müvafiq tədbirlərin görülməsi, aidiyyatı qurumlara çatdırılması və nəzarətə götürülməsi üçün qeydiyyata alınıb.
Nazir qeyd edib ki, görüş çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər də dinlənilib.

Qəbulda iştirak edən vətəndaşlar görüşdən məmnun qaldıqlarını bildirərək, belə görüşlərin regionlarda keçirilməsini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Mədəniyət və Turizm Nazirliyinin Saatlı rayon mərkəzində keçirdiyi qəbul görüşdə 11 rayondan Saatlı, Sabirabad, Hacıqabul, İmişli, Şirvan, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın və Füzulidən 50-yə yaxın sakin iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti