...

İqtisadi inkişaf naziri Şirvan şəhərində vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2013 21:33 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayev aprelin 20-də Şirvan şəhərində vətəndaşları qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumatda deyilir ki, qəbulda Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak ediblər.
İqtisadi inkişaf naziri Şirvan şəhərində vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayev aprelin 20-də Şirvan şəhərində vətəndaşları qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumatda deyilir ki, qəbulda Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, İmişli, Hacıqabul, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak ediblər.

Qəbula gələnlər əsasən, güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də, Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların bir sıra müraciətləri üzrə məsələlər yerindəcə həll edilib, İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, iqtisadi inkişaf nazirinin Şirvan şəhərində vətəndaşları qəbul edəcəyi barədə əvvəlcədən kütləvi informasiya vasitələrində məlumatlar verilib, bu məlumatlarda qəbulun təşkilinə dair əlaqə vasitələr göstərilib.

Xəbər lenti

Xəbər lenti