...

Azərbaycanda hotellərə ulduz dərəcəsinin verilməsi məcburiləşdiriləcək

Cəmiyyət Materials 22 Aprel 2013 11:05 (UTC +04:00)
Azərbaycanda hotellərə ulduz dərəcəsinin verilməsinin məcburiləşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda hotellərə ulduz dərəcəsinin verilməsi məcburiləşdiriləcək

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda hotellərə ulduz dərəcəsinin verilməsinin məcburiləşdirilməsi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev bazar ertəsi jurnalistlərə deyib.

O bildirib ki, turizmlə bağlı yeni qanunvericilikdə bu məsələ nəzərdə tutulacaq. Nazir hesab edir ki, hotellərin fəaliyyətinin müəyyən dövrü ərzində ulduzların verilməsi məcburi olmalıdır.

"Ulduzların verilməsi müəyyən dövrdə, bəlkə də 5, 7, 10 il ərzində məcburi olmalıdır. Çünki bu gün bizim əsas məqsədimiz keyfiyyətli xidmət təqdim etməkdir. Ona görə də bunun olması üçün hansısa məcburi addımlar atacağıq", - nazir deyib.

Qarayev bildirib ki, qanunvericilikdə hotellərə ulduzların verilməsi məcburi olarsa, onda bütün hotellər yenidən sertifikatlaşdırmadan keçməlidirlər. Nazir, həmçinin qeyd edib ki, hazırda hotellərin lisenziyalaşdırılması məcburidir, ancaq onlara ulduzların verilməsi könüllü şəkildə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti