...

Azərbaycandakı dağıdıcı zəlzələlərin xronologiyası hazırlanıb

Cəmiyyət Materials 22 Aprel 2013 16:21 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş vermiş güclü zəlzələlərin xronologiyası və xəritəsini hazırlayıb.
Azərbaycandakı dağıdıcı zəlzələlərin xronologiyası hazırlanıb

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkə ərazisində baş vermiş güclü zəlzələlərin xronologiyası və xəritəsini hazırlayıb.

Mərkəzdən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycan ərazisi seysmik baxımdan hər zaman aktiv olub. Bu aktivlik zaman-zaman ölkə ərazisində güclü zəlzələlərin baş verməsi ilə müşayiət olunub.

Mərkəzin hazırladığı xronologiyaya əsasən, dağıdıcı zəlzələlərin çoxu Şamaxıda baş verib. Bu zəlzələlər 8-9 bal gücündə qeydə alınıb. Dağıdıcı zəlzələlərin baş verdiyi ərazilər sırasında Gəncə, İsmayıllı, Ağdaş, Kəlbəcər, Culfa, Bakı da var. Sonuncu dağıdıcı zəlzələ 2000-ci ildə 8 bal gücündə Bakıda baş verib. Bu zəlzələ nəticəsində tikililərdə çoxsaylı çatlar əmələ gəlmiş, suvaqlar qopub düşmüş, bəzi evlərin divarları aşmış və bir neçə insan həlak olmuşdu.

Bəzi dağıdıcı zəlzələlər haqqında məlumatlar

Tarix

Rayon

İntensivlik (I0, MSK-64 cədvəli üzrə, balla)

Dağıntı və tələfat

427

Gəncə

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

891

Ərdəbil

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

906

Naxçıvan

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

957

Xəzər dənizi

VII

Xəzər sahili bölgələrdə dağıntılar olmuşdur.

1139

Gəncə

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur. Relyef dəyişikliyi baş vermiş və Göygöl gölü əmələ gəlmişdir.

1235

Gəncə

VIII

Dağıntı və insan tələfatı olmuşdur, qruntda yarıqlar və çatlar əmələ gəlmişdir.

1667

Şamaxı

IX - X

Güclü dağıdıcı zəlzələ. Böyük dağıntılar, çoxsaylı insan tələfatı olmuşdur. Böyük sürüşmələr, uçqunlar və qruntda çatlar əmələ gəlmişdir.

1669

Şamaxı

IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

01.01.1671

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

01.02.1671

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

09.08.1828

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

11.06.1859

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Əksər evlər dağılıb və ciddi zədələnib. Çox saylı insan tələfatı olmuşdur.

02.09.1869

Şamaxı

VIII

Dağıntı və insan tələfatı olmuşdur.

28.01.1872

Şamaxı

VIII - IX

Güclü dağıdıcı zəlzələ. Şamaxı şəhəri demək olar ki, tamamilə dağılmışdır. Dağıntı və çoxsaylı insan tələfatı olmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti