...

Aprelin 25-dən sonra Azərbaycan ərazisində hava mülayimləşəcək, temperatur artacaq

Cəmiyyət Materials 23 Aprel 2013 12:10 (UTC +04:00)
Aprelin 25-dən sonra Azərbaycan ərazisində hava getdikcə mülayimləşəcək, temperatur artacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Aprelin 25-dən sonra Azərbaycan ərazisində hava mülayimləşəcək, temperatur artacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 25-dən sonra Azərbaycan ərazisində hava getdikcə mülayimləşəcək, temperatur artacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 25-dən sonra temperatur iqlim normasına yaxınlaşacaq.

Aprelin 23-24-də isə Bakıda və Abşeron yarımadasında daha çox tutqun hava şəraiti hökm sürəcək. Aprelin 24-də paytaxtda qısamüddətli yağış yağacaq, nisbətən güclü külək əsəcək.

Aprelin 24-də havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Bu isə çoxillik normadan 1-2 dərəcə aşağıdır.

Azərbaycanın rayonlarında aprelin 24-də yağıntı kəsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq, dağlıq ərazilərdə sulu qar yağacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti