...

Azərbaycanda qadınlara yeni peyvəndin vurulması üçün müzakirələrə başlanacaq

Cəmiyyət Materials 23 Aprel 2013 14:41 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda insan papilloma viruslarına qarşı peyvəndin aparılması üçün Səhiyyə Nazirliyi ilə müzakirələrə başlayacaq.
Azərbaycanda qadınlara yeni peyvəndin vurulması üçün müzakirələrə başlanacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalayeva/

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda insan papilloma viruslarına qarşı peyvəndin aparılması üçün Səhiyyə Nazirliyi ilə müzakirələrə başlayacaq. Bu barədə çərşənbə axşamı Trend-ə ÜST-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Nümayəndəlikdən bildirilib ki, bununla bağlı müzakirələrə bu ilin sonundan başlamaq nəzərdə tutulur.

İnsan papilloma virusları qadınlarda uşaqlıq boynu xərcənginin yaranmasına səbəb olur. ÜST-nin tövsiyələrinə əsasən, bu peyvənd qadınlara 12-14 yaşlarında,15 yaşına çatanadək 3 dozada vurulmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti