...

Bu il Azərbaycanda 43 qaçırılmış avtomobil tapılıb

Cəmiyyət Materials 23 Aprel 2013 14:37 (UTC +04:00)
2013-cü ilin 1-ci rübü ərzində Azərbaycanda 72 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 43-ü tapılıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bu il Azərbaycanda 43 qaçırılmış avtomobil tapılıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

2013-cü ilin 1-ci rübü ərzində Azərbaycanda 72 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 43-ü tapılıb. Bu barədə Trend-ə Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə DYP əməkdaşları tərəfindən 2 ədəd tüfəng (1 ədəd yivsiz və 1 ədəd TOZ-8) aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Rüb ərzində polisin digər xidmətləri ilə birgə 14 fakt üzrə: 3 kiloqramdan çox (o cümlədən 1 kq 667 qram marixuana, 4,6 qram heroin, 2 kq 273 qram tiryək, 2 kq 35 qram həşiş qətranı, 48 qram metadon) narkotik maddə aşkar olunub.

BDYPI-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 3 şəxs və 3 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 54 fakt və 14 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti