...

Məleykə Abbaszadə: Orta məktəblərdə buraxılış imtahanları şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək

Cəmiyyət Materials 24 Aprel 2013 12:07 (UTC +04:00)
Azərbaycanın orta məktəblərdə buraxılış imtahanları bu il rayon mərkəzləri ilə yanaşı, şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Məleykə Abbaszadə: Orta məktəblərdə buraxılış imtahanları şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərdə buraxılış imtahanları bu il rayon mərkəzləri ilə yanaşı, şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu il də buraxılış imtahanları ötən ilki model əsasında keçiriləcək.

Abbaszadə qeyd edib ki, buraxılış imtahanları iyunun ilk iki həftəsi ərzində keçiriləcək. Buraxılış imtahanlarının dəqiq tarixlərinin gələn həftə ərzində elan edilməsi nəzərdə tutulur.

"Biz çalışacağıq ki, iki həftə ərzində buraxılış imtahanlarının keçirilməsini yekunlaşdıraq. Ancaq imtahanların Bakıda və rayonlarda nə zaman keçiriləcəyi ilə bağlı cədvəli təsdiqləyən kimi bunu elan edəcəyik", - Abbaszadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti