...

Akif Əlizadə: Dövlətin diqqətinə adekvat olaraq alimlər əməklərini səfərbər etməlidirlər

Cəmiyyət Materials 24 Aprel 2013 12:36 (UTC +04:00)
2013-cü ildə Azərbaycanda dövlət büdcəsindən elm sahəsinə 130 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu AMEA-nın ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncağında qurumun prezident əvəzi Akif Əlizadə deyib.
Akif Əlizadə: Dövlətin diqqətinə adekvat olaraq alimlər əməklərini səfərbər etməlidirlər

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

2013-cü ildə Azərbaycanda dövlət büdcəsindən elm sahəsinə 130 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu AMEA-nın ötən ilki fəaliyyətinə həsr edilən ümumi yığıncağında qurumun prezident əvəzi Akif Əlizadə deyib.

Onun sözlərinə görə, bu göstərici 2009-cu ilə nisbətən 23 faiz coxdur.

Əlizadə bildirib ki, 2013-cu ildə elmə ayrılacaq 130 milyon manat vəsaitin 78 milyon manatı AMEA üçün nəzərdə tutulub. Bu isə ölkədə elmə ayrılan vəsaitin 60 faizi deməkdir.

Dövlətin elmə göstərdiyi diqqətin getdikcə artdığını deyən Əlizadə qeyd edib ki, alimlər də bu diqqətə cavab olaraq, öz əməklərini səfərbər etməli və buna adekvat cavab verməlidirlər.

Əlizadə qeyd edib ki, elmin inkişafı məqsədilə ölkə Prezidentinin sərənçamı ilə Elmin İnkişafı Fondu yaradılaraq fəaliyyətə başlayıb. Bununla yanaşı, Dövlət Neft Şirkətinin Elm İnkişaf Fondu yaradılıb. AMEA-nın regional bölmələrinin də maddi-texniki bazaları gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti