...

Azərbaycan ərazisində hava istiləşəcək, temperatur bəzi yerlərdə 27 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 24 Aprel 2013 12:56 (UTC +04:00)
Sabahdan Azərbaycanda hava mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycan ərazisində hava istiləşəcək, temperatur bəzi yerlərdə 27 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycanda hava mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, aprelin 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə aprelin 25-də hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə gecə 9-14 dərəcə şaxta, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.

Məlumata görə, ümumiyyətlə yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində temperatur getdikcə yüksələcək.

Qeyd edək ki, son 10 gündə Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Temperatur illik normadan 2-3 dərəcə aşağıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti