...

AMEA-nın nəzdində universitet və gimnaziya yaradıla bilər

Cəmiyyət Materials 24 Aprel 2013 18:15 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində universitet və gimnaziya yaradıla bilər.
AMEA-nın nəzdində universitet və gimnaziya yaradıla bilər

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində universitet və gimnaziya yaradıla bilər. Bunu AMEA-nın prezidenti Akif Əlizadə çərşənbə günü jurnalistlərə deyib.

"Bunlar hamısı böyük gələcəyin işidir. Bu məsələlər hələ öyrənilməli, təhlil edilməlidir. Daha sonra tədricən həyata keçirilməlidir",- Əlizadə deyib.

O qeyd edib ki, bu universitetdə bir cox sahələr üzrə kadr hazırlığı aparıla bilər. Burada həm də humanitar, təbiət elmləri, texniki sahələri üzrə kadr hazırlanması mümkündür.

Əlizadənin sözlərinə görə, AMEA-da magistratura səviyyəsi üzrə kadr hazırlığının aparılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti