...

Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar aparılacaq

Cəmiyyət Materials 24 Aprel 2013 18:34 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əleyhinədir.
Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar aparılacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi fəaliyyətin lisenziyalaşdırılmasının qəti əleyhinədir. Trend-in məlumatına görə, bunu AMEA-nın illik yığıncağında çıxışı zamanı akademiyanın prezidenti Akif Əlizadə deyib.

O bildirib ki, bu məsələ yeni hazırlanan "Elm siyasəti haqqında" qanun layihəsində öz əksini tapıb.

Lakin Əlizadə hesab edir ki, elmi fəaliyyətin lisenziyalaşdırılması elmi yaradıcılığın və elmi tədqiqatların sərbəst aparılmasına ziddir.

Əlizadə "Elm siyasəti haqqında" qanun layihəsinin onların təklifləri nəzərə alınmaqla bu ilin sonuna kimi qəbul ediləcəyinə ümid etdiyini söyləyib.

Akademiya prezidenti qeyd edib ki, AMEA-da islahatlar aparılacaq. İslahatlar AMEA Rəyasət Heyətindən başlayaraq bütün institutları əhatə edəcək.

"Bütün bunlar düşünülmüş islahatlar olmalıdır. Ona görə də indidən islahatların detallarını açıqlaya bilmərəm", - akademiya prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti