...

Gürcüstan MOK və ARDNŞ əməkdaşlıq memorandumu imzalayıblar

Cəmiyyət Materials 24 Aprel 2013 20:15 (UTC +04:00)
Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Gürcüstan MOK və ARDNŞ əməkdaşlıq memorandumu imzalayıblar

Gürcüstan, Tbilisi, 24 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) əməkdaşlıq haqqında memorandum imzalayıblar. Trend-in məlumatına görə, imzalanma mərasimi ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin ofisində keçirilib.

Memorandum çərçivəsində müxtəlif olimpiya proqram və layihələrinin, Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin xətti ilə keçirilən idman tədbirlərində iştirakın dəstəklənməsi, Gürcüstan Milli Olimpiya Komitəsinin regional təşkilatları səviyyəsində proqramların həyata keçirilməsi, idmançılara və məşqçilərə sosial kömək məqsədilə tibbi idman mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi, nəşriyyat və maarifləndirmə işinin təşkili nəzərdə tutulur.

Memorandumu ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin direktoru Mahir Məmmədov və Gürcüstan MOK-un prezidenti Leri Xabelov imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti