...

Bakıda inşaat kompleksində riskin qiymətləndirilməsi ilə bağlı konfrans keçirilir

Cəmiyyət Materials 25 Aprel 2013 13:21 (UTC +04:00)
Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri” mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.
Bakıda inşaat kompleksində riskin qiymətləndirilməsi ilə bağlı konfrans keçirilir

Azərbaycan, Bakı, 25 aprel /Trend, E.Mehdiyev/

Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "İnşaat kompleksində riskin qiymətləndirilməsi və təhlükəsizlik problemləri" mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Mühəndislik Akademiyası və "Fövqəl" Assosiasiyasının təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın müxtəlif elmi müəssisələrindən, şirkətlərdən, dövlət qurumlarından nümayəndələr və xarici qonaqlar qatılıb.

Konfransda "Heydər Əliyev və milli ideologiya", "Heydər Əliyev müasir Azərbaycanın memarı kimi", "Yeni yanğınsöndürmə vasitələrinin inşaat kompleksində yanğın riskinin azaldılmasına təsiri", "Müasir şəraitdə qiymətlərin tənzimlənməsinin əhalinin sosial vəziyyətinə təsiri", "Obyektlərin tikintisi dövründə təşkilati layihələndirmənin torpaqdan istifadə məsələləri ilə əlaqələrinin təhlili", "Dərinlik nasoslarının etibarlılığı və ona təsir edən faktorlar", "Yaşayış binalarının qaz təchizatında mövcud risklər", "Şəhər tikintisinin xəstəliklərin yayılmasına və ekoloji tarazlığa təsiri" və s. mövzularda məruzələr və müzakirələr aparılır.

Qeyd edək ki, konfrans iki gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti