...

AMEA prezidenti: Misir Mərdanova rəsmi təklif edilməyib

Cəmiyyət Materials 26 Aprel 2013 13:47 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə sabiq təhsil naziri Misir Mərdanovun qurumun Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibətini bildirib.
AMEA prezidenti: Misir Mərdanova rəsmi təklif edilməyib

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə sabiq təhsil naziri Misir Mərdanovun qurumun Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibətini bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Trend-ə deyib ki, bununla bağlı Misir Mərdanova rəsmi təklif edilməyib.

"Ona rəsmi təklif edilməyib. Belə bir söhbət var idi. Ancaq mən hələ dəqiq deyə bilmirəm ki, bu məsələ necə olacaq. Güman edirəm ki, bu məsələni hökumətimiz, Cənab Prezident müəyyən edir",- Əlizadə qeyd edib.

Akademiyanın prezidentinin sözlərinə görə, AMEA institutlarının boş qalmış direktor vəzifələri də tədricən tutulacaq.

"Bəzi direktor öz vəziələrini müvəqqəti icra edirlər. Onlar təsdiq edilməlidirlər. Bunlar hamısı kadr məsələsidir. Kadr seçimində cox ciddi olmaq lazımdır. Kadrdan cox şey asılıdır. Kadr seçimi düzgün aparılmayanda, o sahədə gerilik əmələ gəlir. Buna görə də bu məsələdə cox düşünülmüş addımlar atmaq lazımdır", -Əlizadə əlavə edib.

O, bunu da əlavə edib ki, indi hələ AMEA-da həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsinin zamanı deyil.

"Bu il prezident seçkiləri keçiirlir. Buna görə də bu il elmi müəssisəsələrimizin bütün qüvvəsini səfərbər edərək Cənab İlham Əliyevin namizədliyini irəli sürəcəyik və onu dəstəkləyəcəyik. Biz yalnız seçkilərdən sonra bu məsələyə baxa bilərik",- Əlizadə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti