...

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin strukturunun cox hissəsi ləğv ediləcək

Cəmiyyət Materials 26 Aprel 2013 14:39 (UTC +04:00)
AMEA-nın Rəyasət Heyətinin strukturunun cox hissəsi ləğv ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin strukturunun cox hissəsi ləğv ediləcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin strukturunun çox hissəsi ləğv ediləcək və əvəzində yeni şöbələr yaradılacaq. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

O qeyd edib ki, AMEA-da cox mühüm, əhəmiyyətli şöbələrin yaradılması işinə artıq bu gündən başlanılıb.

"Mən AMEA-nın akademik-katibi Rasim Əliquliyevlə bu gün söhbət etdim və ona tapşırıqlar verdim",- Əlizadə qeyd edib.

O bildirib ki, AMEA-nın Rəyasət Heyətinin hazırda mövcud olan strukturu bu günün tələblərinə cavab vermir. Buna görə də həmin strukturun çox hissəsini ləğv edərək yeni şöbələr yaradılacaq. Həmin şöbələrə çox aktiv alimlər cəlb ediləcəklər.

Əlizadə deyib ki, RH-nın müvafiq sahələrə baxan üzvləri ilə birgə instututlara gedəcəklər.

Mövcud problemləri - reytinq, məvacib, əmək fəaliyyətinin stimullaşdırma problemlərini institutların özündə - Elmi şuralarda həll edəcəklər.

Əlizadə institutlarda ixtisarların ola biləcəyini də deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti