...

"Vergilər" mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2013 17:27 (UTC +04:00)
Aprel ayının 26-da Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 16 ali məktəbin 230-dək tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda 7-ci olimpiada keçirilmişdir. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur.
"Vergilər" mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Aprel ayının 26-da Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 16 ali məktəbin 230-dək tələbə və magistrantının iştirak etdiyi "Vergilər" mövzusunda 7-ci olimpiada keçirilmişdir. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuşdur.

Vergilər Nazirlyinin Analitik-informasiya şöbəsindən rend-ə verilən məlumata görə, tTədbir iştirakçıları əvvəlcə AZDİU-nun foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, hər il ənənəvi olaraq Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirmişdir.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların ölkəmizi regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə çatdırdığını demişdir. Qeyd olunmuşdur ki, bu gün vergi xidməti əməkdaşları ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasına sadiq qalaraq suverenliyimizin möhkəmlənməsi və ölkəmizin hərtərəfli tərəqqisi yolunda bütün zəruri tədbirləri görürlər. Artıq 7-ci ildir ki, ali məktəb tələbələri və magistrantları böyük həvəslə bu olimpiadada iştirak edir. Həmin tələbələrin bir çoxu sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərmiş və Vergilər Nazirliyində müvafiq vəzifələr tutmuşlar.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilmişdir.

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünmüşdür:

I yer - Hacızadə Validə Eldar qızı (Azərbaycan Dövlət İqtisad Universiteti)

II yer - Əliyev Nicat Vidadi oğlu (Azərbaycan Universiteti)

III yer - Museyibov Ayaz Rafiq oğlu (Azərbaycan Dövlət İqtisad Universiteti)

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Yaşar Kəlbiyev tələbəsi I yer tutduğuna görə xüsusi mükafata layiq görülmüşdür.

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünmüşdür:

I yer - Hüseynov Rüfət Fazil oğlu (Azərbaycan Dövlət İqtisad Universiteti)

II yer - Mirzəyev Asif Nizaməddin oğlu (Azərbaycan Dövlət İqtisad Universiteti)

III yer - Orucov Sübhan Elman oğlu (Azərbaycan Dövlət İqtisad Universiteti)

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Ramiz Məhərrəmov magistrantı I yer tutduğuna görə xüsusi mükafata layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti