...

İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planının qəbulu ilə bağlı müzakirələr aparılıb

Cəmiyyət Materials 26 Aprel 2013 19:56 (UTC +04:00)
Bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın icra müddətinin cari ildə başa çatması ilə əlaqədar indiyədək həmin istiqamətdə görülmüş işlərin ümumiləşdirilməsi, müzakirəsi, eləcə də növbəti dövr üçün yeni Milli Fəaliyyət Planının qəbuluna hazırlıq üzrə təkliflərin təqdim edilməsi məqsədilə işçi qrupunun görüşü keçirilib.
İnsan alverinə qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planının qəbulu ilə bağlı müzakirələr aparılıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsində "Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı"nın icra müddətinin cari ildə başa çatması ilə əlaqədar indiyədək həmin istiqamətdə görülmüş işlərin ümumiləşdirilməsi, müzakirəsi, eləcə də növbəti dövr üçün yeni Milli Fəaliyyət Planının qəbuluna hazırlıq üzrə təkliflərin təqdim edilməsi məqsədilə işçi qrupunun görüşü keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Baş Prokurorluğu, Ədliyyə, Milli Təhlükəsizlik, Xarici İşlər, Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ombudsman Aparatının, həmçinin bir sıra dövlət komitə və xidmətlərin təmsilçilərinin iştirak etdikləri tədbiri İdarənin rəisi, polis polkovniki Cavad Şıxəliyev açaraq görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edib.

Sonra Milli Fəaliyyət Planının icrası yönündə müvafiq təşkilatların hesabatları dinlənilib.

Müzakirələr zamanı yekun nəticələr müəyyənləşdirilib, insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla görüşlərin, səmərəli əməkdaşlığın davamlı olacağı vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti