...

"Azərikimya"da ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2013 20:12 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Mərkəzləşmiş Kitabxanalar Sistemi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.
"Azərikimya"da ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend/

"Azərikimya" İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Mərkəzləşmiş Kitabxanalar Sistemi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.

İB-dən Trend-ə verilən məlumata görə, məlumata görə, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mərkəzləşmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədova dahi rəhbərin 90 illiyinə həsr edilmiş bugünkü sərgiyə çıxarılmış 500-dən artıq kitab haqqında ümumi məlumat verib. Qeyd olunub ki, sərgiyə daxil edilən kitablar əsas etibarilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlıdır. Sərgiyə dünya şöhrətli siyasətçi haqqında Azərbaycan, rus və ingilis dillərində yazılmış bədii, elmi, siyasi və publisistik əsərlərin daxil edildiyi kitablar da təqdim edilib.

Sərgidə dahi siyasətçi Heydər Əliyevin həyatının bütün mərhələlərini - 1923-1959-cu illəri əhatə edən uşaqlıq, gənclik, tələbəlik və milli təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövrünü, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərlik dövrünü, 1982-1990-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışdığı, 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti və Azərbaycan rəhbərliyinə yenidən qayıdışı və 1993-2003-cü illərdəki onillik gərgin, səmərəli fəaliyyəti dövrünü əhatə edən kitablar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıblar. Vurğulanıb ki, klassiklərimizin əsərlərinin, müasir Azərbaycan ədəbiyyatından nümunələrin və dünya ədəbiyyatından seçmələrin latın qrafikalı əlifba ilə kütləvi nəşr olunaraq kitabxanalara paylanması və oxucuların ixtiyarına verilməsi ilə bağlı prezidentimizin imzaladığı bir neçə sərəncam bunun bariz nümunəsidir.

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxışında Azərbaycanın bir dövlət kimi dünya dövlətləri arasında tanınmasında və nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, böyük ideyalar, bəşəri fikirlər və mənəvi dəyərlər daşıyıcısı olan kitabların insanların, xüsusən də gənclərin həyatında böyük əhəmiyyət kəsb etməsindən danışıb, kimyaçılar üçün belə bir kitab sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edən kitabxana işçilərinə minnətdarlığını bildirib.

Tədbirin sonunda xalqımızın unudulmaz rəhbəri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli videoçarx nümayiş etdirilib, onun unudulmaz xatirəsinə həsr olunmuş məşhur "Dahi" mahnısı səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti