...

Bakıda dumanlı hava gözlənilir

Cəmiyyət Materials 27 Aprel 2013 12:56 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Bakıda dumanlı hava gözlənilir

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir M.Əliyev/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə isə 27 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti