...

Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının iclası öz işini davam etdirir

Cəmiyyət Materials 27 Aprel 2013 18:53 (UTC +04:00)
Aprelin 27-də Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclası öz işinə başlayıb.
Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının iclası öz işini davam etdirir

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Aprelin 27-də Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının iclası öz işinə başlayıb. İclasda 40 ölkədən 70-dən çox təşkilat rəhbərləri və üzvləri iştirak edir.

Birlikdən Trend-ə verilən məlumata görə, gündəlikdə olan məsələlər, əsasən, Mərkəzi Şuraya daxil olan üzv təşkilatların il ərzində gördükləri işlərin və həyata keçirilən layihələrin hesabatlarının dinlənilməsi, bu barədə müzakirələrin aparılmasıdır.

Mərkəzi Şuranın iclasını giriş sözü ilə açan Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramin Məmmədov xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatlarını təkrar bir arada görməkdən məmnunluğu ifadə edib. Dünya Azərbaycanlı Gənclər Birliyinin Təsis Qurultayından bir il ötdüyünü vurğulayan sədr müxtəlif ölkələrin azərbaycanlı gənclər təşkilatlarının müxtəlif platformalarda gördüyü işlərə və uğurlu nəticələrinə görə hər bir təşkilata öz təşəkkürünü bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin rəsmi hissəsini açıq elan edən Ramin Məmmədov müzakirə olunacaq məsələlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniya-Azərbaycan Koordinasiya Mərkəzinin rəhbəri Samira Patzer-İsmayılova isə öz çıxışında tədbir iştirakçılarına əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsinə dair tövsiyələrini verib. O, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı gənclərin yaşlarından, statuslarından asılı olmayaraq, azərbaycançılıq ideyasının inkişafı etdirilməsində yaxından iştirak etmələrinin önəmli olduğunu vurğulayıb. Azərbaycan gənclərinin savadlı, intellektual səviyyələrindən danışaraq, onları öz potensiallarından düzgün, məqsədyönlü şəkildə istifadə edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında da fəal iştirak etməyə səsləyib.

Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva tədbir iştirakçılarını salamlayaraq sonda uğurlu nəticələrin əldə olunacağına ümid etdiyini bildirib. O, Fransada ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı məsələ ilə əlaqədar öz fikirlərini iştirakçılarla bölüşüb və xarici ölkələrin azərbaycanlı gənclər təşkilatları arasında şəbəkələnmənin daha mütəşəkkil olması üçün qrup yaradılmasını təklif edib.

DAGB Mərkəzi Şurasının iclası öz işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti