...

Həftənin ilk iş günündə hava yağmursuz olacaq

Cəmiyyət Materials 28 Aprel 2013 13:49 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Həftənin ilk iş günündə hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, havanın temperaturunun gecə 8-13, gündüz 19-24 dərəcəyədək isti olacağı gözlənilir. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85%, gündüz 50-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Havanın temperaturu gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 28, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti