...

Azərbaycanda bələdiyyələr tərəfindən elmi-tədqiqat institutları yaradıla bilər

Cəmiyyət Materials 29 Aprel 2013 10:53 (UTC +04:00)
Azərbaycanda bələdiyyələr tərəfindən elmi-tədqiqat institutları yaradıla bilər.
Azərbaycanda bələdiyyələr tərəfindən elmi-tədqiqat institutları yaradıla bilər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bələdiyyələr tərəfindən elmi-tədqiqat institutları yaradıla bilər.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm siyasəti haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, dövlət elmi-tədqiqat institutunun təsisçisi hökumətdir. Qeyri-dövlət elmi-tədqiqat institutunu bələdiyyələr, fiziki və ya hüquqi şəxslər (dövlət və özünüidarə orqanları istisna olmaqla) təsis edə bilər.

Dövlət elmi-tədqiqat institutunun əsas idarəetmə orqanı onun elmi şurasıdır. Qeyri-dövlət elmi-tədqiqat institutunun idarəedilməsi onların təsis sənədləri ilə müəyyən edilir.

Layihədə qeyd edilib ki, ali təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Tədqiqat universiteti" statusu verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti