...

“Excelsior Hotel Baku” toy mərasimləri təşkil edəcək

Cəmiyyət Materials 29 Aprel 2013 12:07 (UTC +04:00)
“Excelsior Hotel Baku” otelində toy mərasimlərinin keçirilməsi mümkün olacaq.
“Excelsior Hotel Baku” toy mərasimləri təşkil edəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"Excelsior Hotel Baku" otelində toy mərasimlərinin keçirilməsi mümkün olacaq.

"Ataholdinq" ASC-dən Trend-ə daxil olan məlumata görə, bundan sonra "Excelsior Hotel Baku" toy, nişan və ad günü mərasimlərinin təşkili xidmətini də göstərəcəkdir. Mərasimlər otelin 150 nəfərlik "Afurja" zalında və açıq hovuz başında keçiriləcəkdir.

Aprelin 30-da "Excelsior Hotel Baku" yeni xidmətin təqdimat mərasimi keçirəcək. Tədbirdə iştirak etmək istəyənlər "AtaHoldinq" ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanovaya müraciət edə bilərlər. Telefon (012) 5989900, daxili 120.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti