...

Azərbaycanda havanın temperaturu bəzi yerlərdə 32 dərəcəyədək artacaq

Cəmiyyət Materials 29 Aprel 2013 12:37 (UTC +04:00)
Mayın 2-dək Azərbaycan ərazisində havanın tempereturu tədircən yüksələcək, ölkənin bızi ərazilərində havanın temperaturu 32 dərəcəyə kimi artacaq.
Azərbaycanda havanın temperaturu bəzi yerlərdə 32 dərəcəyədək artacaq

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Mayın 2-dək Azərbaycan ərazisində havanın tempereturu tədricən yüksələcək, ölkənin bızi ərazilərində havanın temperaturu 32 dərəcəyədək artacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Gecə 8-13 dərəcə, gündüz 18-23, bəzi yerlərdə 25-27 dərəcə isti olacaq.

Mayın 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, bəzi yerlərdə 27 dərəcə isti təşkil edəcək. Mayın 2-də Bakıda və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 23-28 dərəcə olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq. Havanın temperaturu Aran rayonlarında 8-13 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Mayın 1-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturu gecə 9-14, gündüz 25-30 dərəcə, bəzi yerlərdə 32 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti təşkil edəcək.

Mayın 2-də Azərbaycanın Aran rayonlarında havanın temperaturu 32, dağlıq rayonlarda 23 dərəcəyə kimi isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti