...

İrandan qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan şəxslərin apelyasiya şikayətləri təmin edilməyib

Cəmiyyət Materials 29 Aprel 2013 13:17 (UTC +04:00)
Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycan silah gətirməkdə ittiham olunan İran vətəndaşları Abtin Məhəmmədəli Əbdülrəhman, Asadi Darmanaki, Azərbaycan vətəndaşları - Xanməmmədov Elçin Nurəhməd oğlu, Quliyev Mintay Oqtay oğlunun apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.
İrandan qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan şəxslərin apelyasiya şikayətləri təmin edilməyib

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir A.Məmmədov/

Şirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan İran vətəndaşları Abtin Məhəmmədəli Əbdülrəhman, Asadi Darmanaki, Azərbaycan vətəndaşları - Xanməmmədov Elçin Nurəhməd oğlu, Quliyev Mintay Oqtay oğlunun apelyasiya şikayətləri üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abtin Məhəmmədəli 10 il 6 ay, Asadi Darmanaki 10 il, Elçin Xanməmmədov 6 il 6 ay, Mintay Quliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 228.2.1 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlma, satma və ya saxta sənədlərdən istifadəetmə) maddələri ilə ittiham ediliblər.

İttihama görə, dəstə üzvləri İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə küllü miqdarda silah və sursat keçirərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti