...

Heydər Əliyev Mərkəzinin müəllimlər, jurnalistlər, gənclər və əsgərlər arasında elan etdiyi müsabiqələr başa çatıb

Cəmiyyət Materials 29 Aprel 2013 14:06 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəblərinin müəllimləri arasında elan etdiyi "Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm" adlı müsabiqəyə yazı qəbulu aprelin 25-də başa çatıb.
Heydər Əliyev Mərkəzinin müəllimlər, jurnalistlər, gənclər və əsgərlər arasında elan etdiyi müsabiqələr başa çatıb

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Heydər Əliyev Mərkəzinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar orta ümumtəhsil məktəblərinin müəllimləri arasında elan etdiyi "Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm" adlı müsabiqəyə yazı qəbulu aprelin 25-də başa çatıb.

Mərkəzdən Trend-ə bildiriblər ki, martın 25-dən başlayan müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən təqdim olunan məqalələrdə təhsil sistemində yeni yanaşma və metodlar, tədris materialları və üsullarına dair təkliflər öz əksini tapıb.

Jurnalistlər arasında elan olunan "Azərbaycanın xarici siyasətdə ən böyük nailiyyəti", "Azərbaycan - beynəlxalq layihələrin təhlükəsiz ünvanı", "Azərbaycanın xarici siyasətinin prioritetləri" mövzularında yazı müsabiqəsi, gənclər arasında keçirilən "Azərbaycanımla fəxr edirəm" yazı müsabiqəsi, həmçinin əsgərlər arasında elan olunan "Dövlətimi, xalqımı, ailəmi qoruyuram" adlı əsgər məktubu müsabiqəsi isə aprelin 27-də başa çatıb.

Əsgərlər arasında keçirilən müsabiqə iştirakçı sayına görə digərlərindən fərqlənib. Martın 27-dən başlayan bu müsabiqədə respublikanın müxtəlif bölgələrindəki hərbi hissələrdə xidmət edən əsgərlərdən 1000-dən artıq məktub daxil olub.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində jurnalistlər, gənclər, əcnəbi fotoqraflar, orta ümumtəhsil məktəblərinin müəllimləri, əsgərlər və rejissorlar arasında müsabiqə elan edib.

Əcnəbi fotoqraflar arasında elan olunan "Azərbaycan əcnəbilərin gözü ilə" foto müsabiqəsinə indiyə qədər Türkiyə, Rusiya, Polşa, Macarıstan, İsrail, Kanada, Kolumbiya, Latviya, Böyük Britaniya və digər ölkələrdən həvəskar və peşəkar fotoqraflar qatılıblar. Əcnəbi fotoqraflar və rejissorlar arasındakı müsabiqə aprelin 30-da başa çatır.

Müsabiqələrə təqdim olunan materialları Münsiflər Heyəti qiymətləndirəcək və nəticələr rəsmən açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti