...

Korrupsiya hüquqpozmalarına görə hüquqi şəxslərin məsuliyyəti artırılır

Cəmiyyət Materials 30 Aprel 2013 10:26 (UTC +04:00)
Korrupsiya hüquqpozmalarına görə hüquqi şəxslərin məsuliyyəti artırılır.
Korrupsiya hüquqpozmalarına görə hüquqi şəxslərin məsuliyyəti artırılır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Korrupsiya hüquqpozmalarına görə hüquqi şəxslərin məsuliyyəti artırılır.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun 11.2-ci maddəsinə dəyişiklik ediləcək.

Təklifə əsasən, cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə ediləcəklər. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq ediləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarını törətmiş hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilir və ya onların fəaliyyətinə xitam verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti