...

“Dəvə qaçışları” yarışması (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2013 11:07 (UTC +04:00)
Trend-in məlumatına görə, "Hicn" adı verilən "Dəvə qaçışları" yarışması bir sıra ərəb ölkələrində milli idman növü hesab edilir və bu yarışmalarda xüsusi təlim keçmiş 2-7 yaşlı dəvələr iştirak edir. Bu dəvələr xüsusi olaraq yarışlar üçün hazırlanır və digər dəvələrdən çəkilərinin az, ayaqlarının uzun və möhkəm olması ilə seçilirlər.
“Dəvə qaçışları” yarışması (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Hər il ənənəvi olaraq Küveytdə milli festival hesab edilən "Dəvə qaçışları" yarışması keçirilir.

Trend-in məlumatına görə, "Hicn" adı verilən "Dəvə qaçışları" yarışması bir sıra ərəb ölkələrində milli idman növü hesab edilir və bu yarışmalarda xüsusi təlim keçmiş 2-7 yaşlı dəvələr iştirak edir. Bu dəvələr xüsusi olaraq yarışlar üçün hazırlanır və digər dəvələrdən çəkilərinin az, ayaqlarının uzun və möhkəm olması ilə seçilirlər.

Yarışa qatılan dəvələrə xüsusi elektrikli örtük taxılır və qaçış zamanı mütəmadi olaraq dəvənin bədəninə elektrik verilir ki, bu da dəvənin qaçış zamanı sürət almasına səbəb olur.

"Dəvə qaçışları" yarışması əsasən Fars körfəzi ölkələrində geniş vüsət alıb. Trend-in əməkdaşı həmin yarışdan görüntüləri təqdim edir.

Foto: Aygül Tağıyeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti