...

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı 9 min şəxsə şamil ediləcək (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 30 Aprel 2013 11:21 (UTC +04:00)
Milli Məclisdə amnistiya məsələsi müzakirə olunacaq.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya aktı 9 min şəxsə şamil ediləcək (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M. Əliyev/

Milli Məclisdə Amnistiya aktı müzakirə olunacaq.

Trend xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin iclasında bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin gündəliyinə daxil olan Amnistiya aktı müzakirə olunacaq.

Hüseynli bildirib ki, Amnistiya aktı təşəbbüsü ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlıdır.

Komitə sədrinin sözlərinə görə, Amnistiya aktı Milli Məclisin mayın 7-də keçirilən iclasında müzakirə olunacaq.

Sənəddə qeyd olunub ki, Amnistiya aktı təxminən 9 min şəxsə şamil ediləcək. Bunlardan 2 mindən çoxunun azadlıqdan məhrumetmə yerlərindən azad ediləcəyi gözlənilir.

Hüseynlinin sözlərinə görə, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ikinci qrup əlillər, 60 yaşına çatan kişilər, öhdəsində yetkinlik yaşına çatmayan yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi btüövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti