...

Azərbaycanda döyməyə görə cəza sərtləşdirilir

Cəmiyyət Materials 30 Aprel 2013 11:46 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, döyməyə, xırda talamaya, avtoxuliqanlığa görə inzibati həbs müddəti sərtləşdiriləcək.
Azərbaycanda döyməyə görə cəza sərtləşdirilir

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda döyməyə görə cəza sərtləşdirilir.

Trend-in məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, döyməyə, xırda talamaya, avtoxuliqanlığa görə inzibati həbs müddəti sərtləşdiriləcək.

Belə ki, həbs müddəti inzibati həbs növlərinə görə 3 ay müddətinədək tətbiq olunur.

Qanun qüvvəyə mindikdən sonra döymə faktına görə 2 ayadək, xırda talamaya görə 1 ayadək, avtoxuliqanlığa görə də 1 ayadək inzibati həbs nəzərdə tutulur.

Bu hal hamilə qadınlar və ya himayəsində 8 ayadək uşaq olan qadınlar, 1-ci və 2-ci qrup əlillər, habelə 60 yaşına çatmış qadınlar və 65 yaşına çatmış kişilər üçün tətbiq edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti