...

Təhsil Nazirliyindən kadr islahatları məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 30 Aprel 2013 12:27 (UTC +04:00)
Təhsil Nazirliyində kadr islahatının aparılması hələlik nəzərdə tutulmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib.
Təhsil Nazirliyindən kadr islahatları məsələsinə aydınlıq gətirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyində kadr islahatının aparılması hələlik nəzərdə tutulmayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov deyib.

O bildirib ki, bu gün də Təhsil Nazirliyində işini bilən insanlar çalışır.

"Nazirlikdə keçirilən iclas zamanı da yeni nazir bildirib ki, o, işini bacaran insanlarla çalışacaq və fəaliyyətini davam etdirəcək. Hər bir nazirin öz tələbi var. Təbii ki, zamanla işini bacarmayan insanlar işdən gedəcəklər", - Pirməmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti