...

Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçiriləcək

Cəmiyyət Materials 30 Aprel 2013 13:13 (UTC +04:00)
Mayın 3-də R.Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçiriləcək.
Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçiriləcək

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Mayın 3-də R.Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii və musiqili tədbir keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumatda bildirilir.

Tədbirdə Bakı və Gəncə şəhərlərində, Naxçıvan MR-da, Abşeron, Biləsuvar, Şəki və digər bölgələrdə yaşayan 15 nəfər istedadlı əlilin, o cümlədən 2 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın ümummilli lider Heydər Əliyevə, görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevaya, dövlətimizin rəmzlərinə, eləcə də Azərbaycan təbiətinə, milli dəyərlərimizə həsr etdikləri 40-dək sənət əsəri nümayiş etdiriləcək.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi tədbirlər Planı çərçivəsində keçiriləcək tədbirdə əlillərin iştirakı ilə ədəbi-musiqili proqram da təqdim olunacaq. Tədbirin sonunda istedadlı əlillərə Fəxri Fərmanların verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, 2007-2010-cu illərdə 2061 nəfər yaradıcı əlilin iştirakı ilə sərgi-müsabiqələr keçirilmiş, fərqlənən əlillərə mükafatlar verilmişdir. 2012-ci ilin dekabrında keçirilən Əlillərin VIII Ümumrespublika sərgi-müsabiqəsində isə 145 nəfər yaradıcı əlilin 500-dək əl işi 3 gün ərzində nümayiş etdirilib, fərqlənən 30 nəfər əlilə mükafatlar, 6 nəfər iştirakçıya həvəsləndirici diplomlar, digər iştirakçılara maddi yardım və təşəkkürnamələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti