...

Patrik Hikke: Bakıda Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb

Cəmiyyət Materials 30 Aprel 2013 15:59 (UTC +04:00)
Bakıda Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Trend-in məlumatına görə, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke bu gün keçirilən Bakı 2015 Avropa Oyunlarının Koordinasiya Komitəsinin birinci iclasının yekunu üzrə mətbuat konfransında deyib.
Patrik Hikke: Bakıda Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Mehdiyev/

Bakıda Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Trend-in məlumatına görə, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke bu gün keçirilən Bakı 2015 Avropa Oyunlarının Koordinasiya Komitəsinin birinci iclasının yekunu üzrə mətbuat konfransında deyib.

"Dünən çox məhsuldar bir gün oldu. Bakıda gördüyümüz irəliləyişlə bağlı çox şad olduq. Ölkənin Prezidenti və birinci xanımının bu işə verdiyi önəm bizi sevindirdi. Biz obyektlərin tikintisinə baxdıq, Olimpiya kəndinə baxış keçirdik. Çox möhtəşəm şərait yaradılıb, oyunların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bir sıra işlər artıq görülüb. Biz Azərbaycanda tikilən obyektlərdən çox razı qaldıq, onlar Olimpiya kəndinə yaxındırlar, nəqliyyat problemi yoxdur, yeni tikilən obytektlər vaxtında və yüksək səviyyədə başa çatdırılacaq. Cədvəl üzrə hərəkət edirik, yubanma yoxdur və inanırıq ki, hər şey vaxtında başa çatdırılacaq", - Hikke deyib.

Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsinə üzv olan 49 ölkənin hər biri yarışda iştirak edəcək.

"İnanmıram ki, hansısa bir ölkə hansısa səbəbdən iştirak etməsin. Bu yarışın yüksək səviyyədə keçirilməsi Bakı üçün böyük bir fürsətdir. Əgər uğurla keçirilsə, bu, Bakı üçün müsbət bir səhifə olacaq", - Hikke qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti